Ukrayna Rusiyadan qaz alınmasını dayandırdı
Bizi izləyin

Dünya

Ukrayna Rusiyadan qaz alınmasını dayandırdı

“Ukrayna hazırda Rusiyadan qaz almır. Amma əgər qazın hər 1000 kubmetri 250 dollar olsa bunu bərpa edə bilər”.

Publika.az-ın məlumatına görə, bunu Ukraynanın energetika naziri Vladimir Demçişin aprelin 1-də keçirdiyi brifinqdə deyib.

Amma Rusiyanın bu qiymətlə razılaşacağı hələlik bəlli deyil. Qazprom bildirir ki, Ukrayna bu ilin ilk rübündə qazın 1000 kubmetrini 329 dollardan alıb.

Belə bir razılaşma Avropa Birliyinin vasitəçiliyi ilə ötən ilin oktyabrında əldə olunmuşdu. Moskvanın Krımı işğal eləməsi və ölkənin şərqindəki rusiyapərəst separatçıları dəstəkləməsi qaza görə iki ölkə arasındakı mübahisəni daha da dərinləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm