Batan gəmidəki azərbaycanlıların adları açıqlandı - YENİLƏNİR
Bizi izləyin

Dünya

Batan gəmidəki azərbaycanlıların adları açıqlandı - YENİLƏNİR

Kamçatka sahillərində Oxot dənizində qəzaya uğrayan "Uzaq Şərq" balıqçı gəmisinin göyərtəsində 7 azərbaycanlı da olub.

Rusiya FHN regional idarəsindən "Report"a bildiriblər ki, ekipaj üzvləri arasında Səfərov Məhəmməd Səfər oğlu (18.02.1964), Sadıqov İmadəddin Hidayət oğlu (Naxçıvan sakini, 23.02.1969), Talıbov Mailağa Ulduz oğlu (28.12.1964), Məhərrəmov Muradəli Qurban oğlu (09.04.1987), Əliyev Elman Fərqan oğlu (17.10.1964), Əliyev Cəfər Fərqan oğlu (13.03.1975), Səfərov Fazil Hilal oğlu (23.10.1959) olub.

Onların hamısı Rusiya vətəndaşlarıdır.

"Onlar göyərtədə olub, lakin hazırda həmin insanların taleyi haqqında heç bir məlumat yoxdur", - Rusiya FHN regional idarəsindən bildiriblər.

Son məlumata görə, balıqçı gəmisinin göyərtəsində olan 132 ekipaj üzvündən 117 nəfəri sudan çıxarılıb (54 ölü). Xilas edilən 63 ekipaj üzvü Maqadana göndəriləcək. Xilas olanların çoxunda soyuq suda uzun müddət qalmaları səbəbindən donvurma baş verib.

15 balıqçının taleyi hələ də məlum deyil. Xilasetmə əməliyyatı hazırda davam edir.

***

Rusiyanın “Dalniy Vostok” balıpçı gəmisi Maqadandan 300 kilometr aralıda - Oxot dənizində batıb, zərərçəkənlər arasında azərbaycanlılar da var.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyinin Uzaq Şərq regional mərkəzinin mətbuat xidmətindən bildirilib.

Gəminin içində, ilkin məlumatlara görə, 78 rusiyalı və 54 əcnəbi olub. Gəmidə olan 132 nəfərdən 117- sudan çıxarılıb, 54 nəfər həlak olub. Məlumata görə, 15 balıqçının taleyi naməlum olaraq qalır.

Onun sözlərinə görə, 26 ekipaj üvzləri arasında Saxalin, Kamçatka, Stavropol və Azərbaycan sakinləri olub.

Ömər Dağlı

***

Oxot dənizində Rusiyaya məxsus balıq ovlayan “Dalniy Vostok” gəmisi qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, qəza nəticəsində 53 nəfər həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka şöbəsindən bildirilib ki, ümumilikdə 106 nəfər sudan çıxarılıb, onların 63-ü xilas edilib. Hadisə baş verən əraziyə 26 gəmi göndərilib.

Qalan 26 nəfər heyət üzvünün axtarışları davam etdirilir.

İlkin məlumata görə, gəminin göyərtəsində 132 nəfər – 78 rusiyalı və 54 əcnəbi olub. Onlardan 42-si Birma, 3-ü Latviya, 4-ü Ukrayna və 5-i Vanuatu vətəndaşı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm