İŞİD lideri alman qızla evləndi
Bizi izləyin

Dünya

İŞİD lideri alman qızla evləndi

İŞİD terrorçu qruplaşmasının lideri Əbu Bəkr Əl Bağdadi bu yaxınlarda İraqa qaçmış gənc alman qızla evlənib.

İraqın "Əs Sümariyə" telekanalının Naynav vilayət administrasiyasındakı mənbəyə istinadən yaydığı məlumata görə, Bağdadi Almaniya vətəndaşı ilə izdivacını yüksək məxfilik və təhlükəsizlik tədbirləri şəraitində ekstremistlərin tutuduğu Mosul şəhərində, məhkəmə kargüzarlığı şöbəsində qeydiyyatdan keçirib.

Nigahdan sonra İŞİD liderinin yeni həyat yoldaşı ilə birgə İraqda qaldığı və ya qonşu Suriyaya getdiyi bəlli deyil.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Almaniya kəşfiyyat idarəsi son aylar ərzində Almaniyadan 70-dən çox qadının İŞİD ekstrimistlərinə qoşulmaq üçün Suriya və İraqa qaçdığı xəbərini yaymışdı. Həmin qızlardan yarısı 25 yaşdan aşağıdır. Qaçan almanlardan doqquzunun isə heç yetkinlik yaşına çatmadığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm