Obama: "İrana nüvə silahı hazırlanması üçün heç vaxt icazə verilməyəcək”
Bizi izləyin

Dünya

Obama: "İrana nüvə silahı hazırlanması üçün heç vaxt icazə verilməyəcək”

ABŞ Prezidenti Barack Obama nüvə danışıqları ilə bağlı İranla əldə olunmuş razılığı “tarixi hadisə” adıandırıb.

ABŞ prezidenti deyib: “Bu sazişlə İran dünyada hər başqa ölkədən daha çox təftişə məruz qalacaq. Bu uzunmüddətli razılaşma olacaq və İranın potensial olaraq nüvə silahı hazırlamasının bütün çığırlarını kəsəcək. İranın nüvə proqramı üzərinə yaxın onillik üçün sərt limit qoyulacaq. Qurğuların tikilməsi və materialların anbarlanması üzərinə əlavə olaraq 15 illik məhdudiyyət qoyulur. Misli görünməmiş şəffaflıq tədbirləri 20 il və daha uzun müddətdə tətbiq olunacaq. Əlbəttə, bunlardan bəziləri daimi olacaq. Və Nüvə Silahının Yaılmamasına dair Müqavilənin üzvü kimi İrana nüvə silahı hazırlanması üçün heç vaxt icazə verilməyəcək”.

Obama deyib ki, bunun əvəzində beynəlxalq icma İranın müəyyən sanksiyalardan azad edilməsi barədə razılığa gəlib. ABŞ prezidenti dəqiqləşdirib ki, söhbət Amerikanın və BMT-nin sanksiyalarından gedir.

Onun sözlərinə görə, sanksiyaların qaldırılması mərhələli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm