Husilər ballistik raketləri ələ keçirdi
Bizi izləyin

Dünya

Husilər ballistik raketləri ələ keçirdi

Yəməndə Husilər Hərbi Hava Qüvvələrlərinin ballistik raketlərini ələ keçirib.

ANS PRESS-in məlumatına görə, bu haqda Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adel al-Djubeyri açıqlama verib.

"Vəziyyət indi belədir ki, üsyançılar ballistik raketlərə nəzarət edirlər və Hərbi Hava Qüvvələrləri onların əlindədir. Düşünmürəm ki, tarixdə nə vaxtsa belə hadisə olub ki, döyüşçülər ballistik raketlərə nəzarət etsinlər. Buna dözmək olmaz", - deyə Vaşinqtonda ABŞ-Ərəb münasibətləri üzrə Milli Şurada çıxış edərkən səfir deyib.

Onun sözlərinə görə, Husilərə qarşı Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya havadan əməliyyat aparır.

"Əməliyyat davam edir, bizim hədəfimiz hərbi hava gücləri, bazalar, ballistik raketlər və ağır silahlandırılmanın anbarlarıdır", -deyə səfir bildirib.

O həmçinin Husilərin koalisiya qüvvələrinin qaçqınların və dinc sakinlərin bombalaması xəbərini inkar edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm