Rusiya ABŞ-a cavab verdi - 70 milyardlıq silah
Bizi izləyin

Dünya

Rusiya ABŞ-a cavab verdi - 70 milyardlıq silah

Rusiya ən yaxın illərdə Tacikistana 70 milyard rubl (təxminən 1,2 milyard dollar) dəyərində hərbi-texniki yardım göstərəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş qərargahındakı mənbələrə istinadən “Kommersant” nəşri yazıb.

Tacikistanın silahlı qüvvələrinin müasirləşdirməsi haqqında razılaşma 2014-cü ilin yayında əldə olunub. Ancaq göstərilən yardımın ölçüsü yalnız indi məlum olub. Nəşrin məlumatına görə, Tacikistana çatdırılacaq silahların nomenklaturasının uyğunlaşdırılmasına hələ başlanılmayıb.

“Kommersant” yazır ki, Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinə hərbi yardım çərçivəsində silahların geniş spektrini alacaq. Buraya tanklar, zirehli maşınlar, aviasiya, artilleriya və zenit-raket qurğuları, həmçinin sursatlar daxildir. Silahların əsas hissəsi Rusiya Müdafiə Nazirliyinin hərbi hissələrindən veriləcək.

2015-ci ilin yanvarında isə Rusiyanın Müdafiə Nazirliyi Tacikistanda 201-ci hərbi bazasının gücləndirilməsi barədə planlarını açıqlayıb. Sözügedən baza Rusiyanın xaricdəki hərbi infrastrukturunun ən böyük obyektidir. Baza üç şəhərdə - Düşənbə, Kurqan-Tyube və Kulyabedə yerləşir.

Xatırladaq ki, ABŞ hərbçilərinin Əfqanıstanda qalma müddətinin daha bir il uzadılması barədə Kabillə razılıq əldə edib. Ekspertlər hesab edir ki, belə olan halda Əfqanıstanın şimalında hərbi mövqeyini gücləndirmək Moskvanın prioritetləri sırasındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm