İstanbul terrorunda Əsəd izi: 52 DHKP-C-li Suriyada
Bizi izləyin

Dünya

İstanbul terrorunda Əsəd izi: 52 DHKP-C-li Suriyada

Türkiyədə 104 nəfərlik terrorçu siyahısı üçün əməliyyatlar davam edir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, siyahıdakı 52 terrorçunun Suriyada olduğu müəyyənləşdirilib.

Əsədlə yaxın əlaqəsinin olduğu deyilən və Mihrac Uralın lideri olduğu THKP-C (“Acilciler”) təşkilatının Türkiyədəki son terror aktlarını törədən İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) üzərindəki təsirini artırdığı bildirilir. Məlumata görə, Suriyanın kəşfiyyat orqanı “El Muhaberat”in nəzarətində işləyən Mihraç Ural DHKP-C-ni Türkiyəyə qarşı istifadə etmək üçün uzun müddətdir çalışır.

İddiaya görə, DHKP-C-nin Suriya qoluna bağlı üzvlərinin “Acilceler” qrupunun lideri Mihraç Ural istiqamətləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm