İŞİD ABŞ-ın ərzaq yardımlarını yandırdı
Bizi izləyin

Dünya

İŞİD ABŞ-ın ərzaq yardımlarını yandırdı

İŞİD terror təşkilatı ABŞ-ın yardımı olduğu üçün ərzaqla dolu olan yüzlərlə qutunu yandırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD milyonlarla insanın aclıqdan əziyyət çəkdiyi Suriyada ABŞ-ın etdiyi ərzaq yardımını yandırdığı görüntülərini yayıb.

Ərzağın əsas hissəsinin toyuq əti olduğu bildirilir. Məlumata görə, fotoşəkillər Suriyanın şimalındakı Ahtarin qəsəbəsində çəkilib. Ərzaq qutularının üzərində “halal qida” yazılmasına baxmayaraq, İŞİD üzvləri toyuqların “islam qaydalarına zidd olaraq kəsildiyini” iddia ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm