“The Times”: “Rusiyanın nüvə hədəsi boş sözlər deyil, amma...”
Bizi izləyin

Dünya

“The Times”: “Rusiyanın nüvə hədəsi boş sözlər deyil, amma...”

“Rusiya NATO-nu nüvə zərbəsi təhlükəsi ilə qorxutmağa çalışır. Dünyaya xatırladılır ki, onun nüvə silahı var. Moskva öz niyyətlərini çoxdan bu cür təhlükəli tonda bildirir”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Times” nəşri yazıb.

“Rusiya xəbərdarlıq edir ki, Qərb Ukraynanı silahlandırmağa, ona Krımı qaytarmağa kömək edərsə, həmçinin əgər Rusiya tərəfindən hərbi təcavüz ediləcəyi halda NATO Baltikyanı ölkələri müdafiə edərsə, nüvə silahından istifadə olunacaq. Rusiya kəşfiyyatının veteranları Almaniyada gizli görüş zamanı da ABŞ-dan olan həmkarlarına çatdırdılar ki, bunlar heç də boş sözlər deyil. Həmin görüşdə iştirak edən generallardan ən azı biri Krımın zəbt edilməsində aktiv iştirakını etiraf edirdi, iki zabit isə nüvə strategiyasının hazırlanması üzərində işləyib. Görünür ki, onların fikirləri Kremllə uyğunlaşdırılıb”, - ABŞ nəşrinin məqaləsində deyilir.

Bununla yanaşı, “The Times” nəşri nüvə təhlükəsi qorxusunun əsassız olduğunu düşünür: “Rusiya xəbərdarlıq edir ki, Qərb Ukraynanı silahlandırmağa və ona Krımı qaytarmağa kömək edərsə, nüvə silahından istifadə edəcək. Amma Vaşinqton və ya Brüsselin belə bir planı yoxdur. Ehtimal ki, bu Qərbi qorxutmaq cəhdi idi”.

Nəşr yazır ki, Moskva NATO nizamnaməsinin birgə müdafiəni nəzərdə tutan 5 maddəsinin yerinə yetiriləcəyinə inanmır: “Qərb nə etməlidir? Putinə nümayiş etdirmək lazımdır ki, NATO-nu parçalamaq mümkün deyil. Eyni zamanda, Putinin yerinə gələcək şəxsin daha təhlükəli olacağından da ehtiyatlanmaq lazımdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm