Dünya
Tehran xalqı üçün nələrdən keçdi? – Razılaşmanın əsas müddəaları
“Altılıq” (ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin və Almaniya) ilə İran arasında nüvə razılaşmasının son mətninin 30 iyun tarixinə qədər hazırlanması qərara alınıb. Bununla belə, tərəflər çərçivə razılaşmasının parametrlərini müəyyənləşdirib.
Publika.az Türkiyənin “Anadolu” agentliyinə istinadən, razılaşmanın əsas parametrlərini təqdim edir.
İran və “5+1” ölkələri arasında əldə olunan razılaşmaya görə, İran nüvə silahının hazırlanması üçün uranın zənginləşdirilməsində istifadə edilə bilən sentrafuqların sayını təxminən üçdə iki nisbətində azaldacaq. Məlumata görə, İranda hazırda 19 minə qədər sentrafuq var və onların sayının 5 min həddində saxlanılmasına icazə veriləcək.
Uranın zənginləşdirilməsinin səviyyəsi isə nüvə silahı üçün kifayət etməyəcək qədər aşağı salınacaq. Bütün bunların hamısı Fordoda deyil, Natanzda yerləşən nüvə mərkəzlərində köhnə texnologiya ilə həyata keçiriləcək. İranın Arak nüvə zavodunun ağır su reaktoru nüvə silahı üçün plutonium istehsal edə bilməyəcək şəkildə yenidən dizayn ediləcək. Reaktorda istehsal olunan və nüvə silahı hazırlamağa imkan verən plutonium məhv ediləcək, yaxud da ölkədən çıxarılacaq. İran həmçinin 15 il ərzində əlavə bir ağır su reaktoru tikməyəcək.
Bundan başqa, İran 15 il ərzində uranın zənginləşdirilməsini nüvə silahı istehsal etməsinə kifayət etməyəcək səviyyə olan 3,67 faizlə məhdudlaşdıracaq. Zənginləşdirilmiş uran ehtiyatı 10 min kiloqramdan 300 kiloqrama endiriləcək. İranın əlində qalacaq bütün sentrafuqlar və uranın zənginləşdirilməsi üçün istifadə olunan nüvə infrastrukturu Beynəlxalq Atom Enerji Təşkilatının (MAQATE) nəzarət etdiyi anbarlarda saxlanılacaq.
İran çərçivə razılaşmasına əsasən, 15 il ərzində uranın zənginləşdirilməsi məqsədilə yeni bir nüvə təsisi tikməyəcək. Razılaşmaya görə, Fordo nüvə mərkəzindən ən az 15 il uranın zənginləşdirilməsi üçün istifadə olunmayacaq. İran 10 il ərzində yalnız Natanz nüvə mərkəzində və yalnız birinci nəsil 5 min “IR-1” növündən olan uranı zənginləşdirə biləcək. “IR-2”, “IR-4”, “IR-5”, “IR-6” və “IR-8” adlanan növlərdən isə ən azı 10 il ərzində istifadə edilməyəcək.
MAQATE İranın nüvə fəaliyyətinin izlənilməsi və şəffaflığın təmin edilməsi üçün Natanz və Fordo daxil olmaqla ölkənin bütün nüvə təsislərində genişmiqyaslı yoxlamalar apara biləcək. Təşkilatın müfəttişləri İranın uran mədənlərinə də daxil ola biləcək. İran şübhəli və ya gizli nüvə obyekti hesab olunan nüvə obyektlərində MAQATE-nin yoxlamalarına icazə verəcək. Tehran MAQATE-nin daha geniş yoxlamalarına icazə verən və daha çox məlumatla təmin edilməsini nəzərdə tutan qurumun əlavə protokolunun tətbiqini də qəbul edib.
MAQATE İranın razılaşma çərçivəsində üzərinə götürdüyü bütün əsas addımları atdığını təsdiq etsə, ABŞ və Avropa Birliyi sanksiyaları təxirə salacaq. BMT Təhlükəsizlik Şurası da İrana qarşı tətbiq etdiyi sanksiyaları bu ölkənin nüvə proqramı ilə əlaqədar əsas narahatlıqların aradan qalxması ilə ləğv edəcək. İranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi halda sanksiyalar yenidən qüvvəyə minəcək.
Ömər Dağlı
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər