Qorbaçov qəzaya uğradı
Bizi izləyin

Dünya

Qorbaçov qəzaya uğradı

SSRİ-in keçmiş prezidenti Mixail Qorbaçovun avtomobili Moskvada qəzaya uğrayıb.

Publika.az-ın məlumatına görə, hadisə paytaxtın şimal-qərb hissəsində baş verib. Qorabaçov Lifenews-a qəzada heç kimin xəsarət almadığını bildirib. Onun sözlərinə görə, hadisəni polis araşdırır. Kimin günahkar olduğu araşdırmalardan sonra bəlli olacaq.

Paytaxt polisi isə SSRİ-nin sonuncu rəhbərinin əyləşdiyi "Mersedes" markalı avtomobilin Kuusinena küçəsində qaydanı pozaraq qarşıdan gələn "Reno" markalı avtomobilin yoluna çıxdığını deyib.

Qəza yerli vaxtla saat 14:40-da baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm