Yəməndə hərbi baza Əl-Qaidənin əlinə keçdi
Bizi izləyin

Dünya

Yəməndə hərbi baza Əl-Qaidənin əlinə keçdi

Əl-Qaidə" terror qruplaşması Yəmənin Mukalla şəhərində hərbi bazanı ələ keçirib.

Publika.az-ın məlumatına görə, bir gün əvvəl onlar həbsxanaya hücum edərək, 1-i Əl-Qaidə üzvü olmaqla, 300 məhbusu azad edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmənə endirdiyi hava zərbələri terrorçuların fəallaşmasına səbəb olub. Ölkənin cənubuna nəzarət edən "Əl-Qaidə"nin də husilərə qarşı hücuma keçəcəyi gözlənilir.

Bu arada Pakistanın baş naziri Nəvaz Şərif Türkiyədə Yəmən böhranının həlli yollarını müzakirə edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Ankara görüşündən sonra tərəflər Yəməni münaqişəni dinc yolla həll etməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm