Arvadının xəyanətini televiziyadakı reportajda gördü - FOTO
Bizi izləyin

Dünya

Arvadının xəyanətini televiziyadakı reportajda gördü - FOTO

Türkiyənin İzmir vilayətinin Əliağa mahalında milyonda bir görünən hadisə baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kişi telekanallardan birində canlı verilişi izləyərkən həyat yoldaşını başqa bir kişi ilə görüb.

Təxminən 3 ay əvvəl həyat yoldaşının mobil telefonuna bir kişidən gələn mesajdan sonra cütlük ayrılmağa yaxın olub. Amma qadının “yalnız yoldaşıq” deməsi kişinin qərarından imtina etməsi üçün kifayət edib. Bir neçə gün əvvəl isə kişi istirahət günündə yerli bir televiziya kanalında canlı küçə reportajını izləyərkən arxa planda həyat yoldaşını başqa bir kişi ilə kafedə görüb. Həmin anda televizorun şəklini çəkən kişi məhkəməyə şikayət edərək boşanıb.

Həyat yoldaşının “o, sevgilim deyil, yalnız uşaqlıq dostumdur” deməsi də bu dəfə dadına yetməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm