AKP-nin Gülənə qarşı mübarizəsinə PKK-dan dəstək gəldi
Bizi izləyin

Dünya

AKP-nin Gülənə qarşı mübarizəsinə PKK-dan dəstək gəldi

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) və onun rəhbəri baş nazir Rəcəb Təyyib Ərdoğan 17 Dekabr əməliyyatının “sui-istifadə və rüşvət əməliyyatı” olmadığını sübut etməyə çalışır. Bildirilir ki, yaşananlar məhz beynəlxalq güclərdən dəstək alan bəzi daxili güclərin AKP iqtidarına qarşı oynadığı oyundur. Əsas müxalifət partiyaları olan Millətçi Hərəkat və Cümhuriyyət Xalq partiyaları isə bu iddiaları qəbul etmir.

Publika.Az –ın “Amerikanın Səsi” radiosunun türk xidmətinə istinadən verdiyi xəbərə görə, AKP hökuməti gözləmədiyi bir yerdən dəstək alıb.

Belə ki, Barış və Demokrat Partiyasının (BDP) liderləri beynəlxalq güclərlə qarşı-qarşıya olduğu ilə bağlı AKP-nin iddiasına dəstək verib. “Amerikanın Səsi” qeyd edir ki, əvvəllər baş naziri tənqid etməkdən çəkinməyən BDP-nin son zamanlarda səssiz qalması diqqət çəkir.

Siyasi ekspertlərin fikrincə, BDP-nin Ərdoğanı tənqid etməkdən çəkinməsinin səbəbi “kürd məsələsi”nin sülh yolu ilə nizamlanması prosesinə zərər vermək istəməməsi ilə bağlıdır.İstanbul Universitetinin professoru Nuray Merd BDP-nin sərgilədiyi praqmatik yanaşmanın partiyaya baha başa gələcəyini söyləyir. N.Merdə görə, BDP bu mövqeyi ilə AKP-nin “əxlaqsız təklifi”ni qəbul etmiş bir partiyaya çevrilir.

“18 aylıq seçki dövrünə daxil olan ölkədə hökumətin kürd problem ilə əlaqədar fəaliyyəti sahəsi daha da darala bilər. Ekspertlər AKP-ni dəstəkləyən seçicilərin böyük əksəriyyətinin sülh prosesinə şübhə ilə baxdığını bildirir. Bu isə Ərdoğanın kürd azlığı ilə sövdələşmədə güzəşt ehtimalını aşağı salır”, - “Amerikanın Səsi” qeyd edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm