Dünya
Avropa Parlamenti Yunanıstana xəbərdarlıq edib
Avropa Parlamentinin sədri Martin Şults Yunanıstanı Avropa İttifaqını parçalamaq cəhdlərindən çəkinməyə çağırıb.
Almaniyalı sosial-demokrat aprelin 4-də “Hannoversche Allgemeine
Zeitung” qəzetində dərc edilmiş müsahibəsində Afinanı öz avropalı
tərəfdaşlarını “qəzəbləndirməməyə” çağırıb. Bu xəbərdarlıq
Yunanıstanın baş naziri Aleksis Tsiprasın Moskvaya səfəri
ərəfəsində səslənib.
Şultsun sözlərinə görə, Yunanıstan hökumətinin başçısı Avropa
İttifaqına təqdim edilmiş islahatlar siyahısı və özünün Berlinə
səfəri sayəsində Afinaya etimadı bərpa etməyə başlayıb. Avropa
Parlamentinin rəhbəri vurğulayıb ki, onun fikrincə, Tsipras
Moskvadan kömək müqabilində Avropanın Rusiya barəsində vahid
mövqeyi ilə spekulyasiya etmək cəhdlərini qəbuledilməz
sayır.
Bundestaqda Avropa İttifaqı Məsələləri Komitəsinin rəhbəri
Günter Krixbaum elə həmin qəzetə müsahibəsində Şultsun mövqeyinə
şərik olduğunu bildirib. Onun fikrincə, əgər Yunanıstan hökuməti
Kremldə öz xilaskarlarını tapacağına ümid edirsə, o, bu mərci
uduzacaq. Siyasətçi əmindir: Müxalifətlə rəftar və Ukrayna
münaqişəsindəki hərəkətlər Moskvanın sülh, azadlıq, demokratiya
qanunun aliliyi kimi Avropa dəyərlərinə münasibətini əks etdirir.
Buna görə də, Krixbaumun fikrincə, Avropadan bundan sonra da kömək
almaq istəyənlər Moskvaya deyil, Brüsselə üz tutmalıdırlar.
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi