Dünya
Ermənistanda ərzaq məhsullarının qiyməti durmadan artır
Ermənistan rəsmlərinin öz vətəndaşlarına “gözəl həyat”
bəxş etmək barədə verdikləri vədin boş sözdən və xalqı aldatmaqdan
başqa bir şey olmadığı getdikcə bütün sahələrdə qabarıq şəkildə
özünü büruzə verməkdədir. İqtisadiyyatı artıq çökməkdə olan ölkənin
rəhbərliyi yeganə çıxış yolunu ərzaq və digər sahələrdə qiymətləri
artırmaqda görür.
Ermənistan Dövlət Statistika Xidməti idarəsinin məlumatına görə,
yanvar ayından etibarən ərzaq məhsullarının qiyməti sürətlə
artmaqdadır. Son bir ayda növbəti dəfə ərzaq məhsullarının qiyməti
ümumilikdə 5,6 faiz artıb. Ayrılıqda isə süd məhsulları 5,8 faiz,
qəhvə, çay və kakao 6,1-8,3 faiz, meyvə və şəkər 9,6 faiz, tərəvəz
və kartofun qiyməti isə 18,2 faiz bahalaşıb.
Ərzaq məhsulların və digər sahələrdə qiymətlərin durmadan
artması əhalinin yaşayış səviyyəsinin ildən-ilə aşağı düşməsinə və
haqlı narazılığına səbəb olur. Məmurların özbaşınalığından bezən və
ölkənin gələcəyi ilə bağlı pessimist hisslərlə yaşayan sadə
ermənilər yeganə çıxış yolunu vətənlərini tərk edib xarici ölkələrə
üz tutmada görürlər.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...