İran nüvə fəaliyyətini bərpa edə bilər
Bizi izləyin

Dünya

İran nüvə fəaliyyətini bərpa edə bilər

“Qərb iyun ayında yekun sazişlə nəticələnməli olan razılaşmadan geri çəkilsə, Tehran nüvə fəaliyyətini tam bərpa edə bilər”.

Publika.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. Nazir deyib ki, qarşı tərəf razılaşmaya əməl etmədiyi təqdirdə, İranın müvafiq tədbirlər görmək səlahiyyəti var. Bu halda İran özünün nüvə proqramını əvvəlki səviyyəyə qaytara biləcək.

İran və altı dünya dövləti Tehranın nüvə proqramını cilovlamaq və əvəzində İrana tətbiq edilmiş sanksiyaları qaldırmaq üçün ümumi razılığa gəliblər.

İyunun 30-dək yekun saziş imzalanmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm