Kiyev Vaşinqtondan gələn zənglərə cavab vermir
Bizi izləyin

Dünya

Kiyev Vaşinqtondan gələn zənglərə cavab vermir

Baş Qərargah rəisi Vladimir Zamanı istefaya göndərib. Bu vəzifəyə Yuri İlyin təyin edilib.

ABŞ Dövlət Administrasiyası Ukrayna Baş Qərargah rəisinin istefaya göndərilməsinə münasibət bildirib. Xatırladaq ki, Ukrayna prezidenti Viktor Yanukoviç silahlı qüvvələrin ali baş komandanı, Baş Qərargah rəisi Vladimir Zamanı istefaya göndərib. Bu vəzifəyə Yuri İlyin təyin edilib.

Publika.Az –ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Dövlət Administrasiyasının yüksək vəzifəli məmuru Vaşinqtonun yerdəyişmələrdən narahat olduğunu bildirib.

ABŞ rəsmisi həmçinin bildirib ki, Ukrayna rəsmiləri onların zənglərinə cavab vermir. “Biz əvvəllər güc strukturlarının rəhbərliyinə qədər telefonla danışa, onlarla tez-tez görüşə bilirdik. Son bir neçə gündür ki, əlaqələri bərpa etməyə çalışırıq. Amma Ukrayna tərəfindən heç kim telefon dəstəyini qaldırmır və bu bizi narahat edir”,- diplomat söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm