Putin Qərbi Ukrayna müxalifətinə təsir etməyə çağırdı
Bizi izləyin

Dünya

Putin Qərbi Ukrayna müxalifətinə təsir etməyə çağırdı

Rusiya prezidenti A.Merkellə dünənki telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə edib.

Rusiya prezidenti Vladimir Putin Ukraynada vəziyyətin kəskinləşməsinə görə hakimiyyəti ittiham edən Almaniya kansleri Angela Merkeldən narazı qalıb.

Publika.Az –ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Almaniya kanslerini Ukrayna müxalifətini ittiham etməyə çağırıb.

Xəbər agentliyinin məlumatına görə, Rusiya prezidenti A.Merkellə dünənki telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə edib. “Vladimir Putin Qərbi Ukrayna hakimiyyətinə qarşı ittihamlardan çəkinməyə, həmçinin qeyri-qanuni ekstremist qrupları təşkil edən müxalifəti ittiham etməyə çağırıb”, - xəbərdə deylir.

Rusiya prezidentinin Avropa İttifaqını Ukrayna müxalifətinə təsir göstərməyə çağırdığı bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm