“Əl-Nüsra” Cəbhəsi 300 kürdü qaçırdı
Bizi izləyin

Dünya

“Əl-Nüsra” Cəbhəsi 300 kürdü qaçırdı

Suriyanın Hələb və Dəməşq şəhərləri istiqamətində hərəkət edən 300 kürd “Əl-Nusra” Cəbhəsi təşkilatı tərəfindən qaçırılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kobani Kantonunun nümayəndəsi İdris Həsən bildirib.

Onun sözlərinə görə, kürdlər ötən gecə Afrin kəndi yaxınlığında qaçırılıb. İdris Həsən qadınlar və uşaqların buraxıldığını, aralarında gənclərin də olduğu 300 kişinin naməlum istiqamətdə aparıldığını deyib.

Suriya İnsan Haqları Təşkilatı kürdlərin qaçırıldığını təsdiqləsə də, qaçırılanların sayı barədə məlumat verməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm