Dünya
Keçmiş prezidentin yaxın ətrafı ilə bağlı qalmaqal
Pakistanda iri siyası qalmaqal başlayıb. Ölkə
siyasətinin nüfuzlu nümayəndələri bir neçə il ərzində yerli
fotomodel Ayan Əlinin köməyi ilə qanundan kənar xaricə milyonlarla
dollar vəsait çıxarıblar. Çıxarılan pullar sonradan Dubayın,
Londonun və ya Berlinin banklarına yatırılıb.
Hadisədə hətta Pakistanın keçmiş Prezidenti Asif Zərdarinin
ətrafındakı adamlar da iştirak ediblər.
Aprelin 5-də İslamabadın beynəlxalq aeroportunda gömrük nəzarəti
əməkdaşları təqdim olunan xüsusi buraxılışa baxmayaraq fotomodelin
şəxsi baqajına baxmağı qərara alıblar. Bu zaman onun çantasında
qeyri-qanuni olaraq ölkədən çıxararaq Birləşmiş Ərəb əmirliyinə
aparmağa cəhd göstərdiyi 500 min ABŞ dolları aşkarlanıb. Qeyd edək
ki, Pakistan qanunlarına görə sərnişin xarici ölkəyə qeydə
alınmadan yalnız 10 min dollar apara bilər.
Bundan sonra model xüsusilə iri məbləğdə pulun yuyulması ittihamı
ilə həbs olunub. Bu maddə əsasında 14 ilə qədər azadlıqdan
məhrumetmə cəzasına məhkum oluna biləcək Ayan Əli təhqiqatla
əməkdaşlıq etmək qərarına gəlib. Belə məlum olub ki, 2011-ci ildən
başlayaraq o, Pakistan siyasətinin bir çox nüfuzlu nümayəndələrinin
xahişi ilə mütəmadi olaraq xaricə külli miqdarda nağd pul aparıb.
Bəzi hallarda isə onu təyyarənin trapına qədər hətta Zərdarinin
şəxsi köməkçisi yola salıb.
Hazırda model təfərrüatı məxfi saxlanılan ifadə verməkdə davam
edir. Modelin Pakistanın İslamabad ətrafında olan Adiala
rayonundakı ən ciddi şəkildə qorunan həbsxanada saxlandığı
bildirilir.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!