100 yaşlı kişi arvadını balta ilə doğradı - FOTOLAR
Bizi izləyin

Dünya

100 yaşlı kişi arvadını balta ilə doğradı - FOTOLAR

ABŞ-da 100 yaşlı kişi 88 yaşlı arvadını baltaladıqdan sonra intihar edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, faciə Elmbud Park şəhərciyində baş verib.

Hadisə yerinə gələn hüquq mühafizə orqanları 2 meyit aşkar edib: qadının meyiti yataq otağında, kişinin meyiti isə hamam otağında olub. İlkin ehtimala görə, Maykl Caskin arvadı Rozaliya Caskini yatarkən qətlə yetirib. Arvadını qətlə yetirdikdən sonra kişi bıçaqla özünə bir neçə zərbə endirərək intihar edib.

Polisi hadisə yerinə cütlüyün adları açıqlanmayan qohumları çağırıb. Onların sözlərinə görə, hadisə baş verən gün evdə Caskinlər cütlüyündən başqa heç kim olmayıb. Cinayətin motivləri bəlli deyil.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm