“Hizbullah”dan təhdid: “Məğlubiyyət kral ailəsini də vuracaq”
Bizi izləyin

Dünya

“Hizbullah”dan təhdid: “Məğlubiyyət kral ailəsini də vuracaq”

Livan “Hizbullah”ının lideri Həsən Nəsrullah Yəməndə şiə husilərə qarşı hərbi əməliyyatlar həyata keçirən Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təşkilat rəhbəri Suriya rejiminə aid “Əl-Ahbariyye” telekanalına verdiyi müsahibəsində Səudiyyə Ərəbistanının Yəməndə böyük məğlubiyyətə uğrayacağını bildirib.

Onun sözlərinə görə, bu məğlubiyyət kral ailəsində də əksini tapacaq. Ər-Riyadın itirdiyi Yəməni yenidən ələ keçirmək istədiyini və İranın Yəmən üzərində hakimiyyət qurmaq istədiyi barədə iddiaların həqiqəti əks etdirmədiyini söyləyən Nəsrullahın fikrincə, bu ölkənin Səudiyyə Ərəbistanının nəzarətindən çıxması ABŞ-ın nəzarətindən çıxması deməkdir. “Buna görə də Yəməndə keçirilən əməliyyatları Səudiyyə Ərəbistanı - ABŞ hücumu olaraq görürük”, - “Hizbullah” lideri deyib.

Nəsrullah iddia edib ki, Səudiyyə Ərəbistanı Suriya, İraq və Livanda qarşıdurmaların davam etməsi üçün pul ödəyir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm