ABŞ Ukraynaya hərbi yardımı kəsir
Bizi izləyin

Dünya

ABŞ Ukraynaya hərbi yardımı kəsir

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) 2016-cı il üçün nəzərdə tutulan büdcəsində Ukrayna və Baltikyanı ölkələrə maliyyə dəstəyi nəzərdə tutulmayıb.

Publika.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” radiosu “War is Boring” təşkilatının hərbi büdcə layihəsi ilə bağlı hazırladığı analitik icmala əsasən bildirib.

Belə ki, Pentaqonun 2016-cı il üçün hazırlanan büdcə layihəsində 2015-ci ildə “Ukrayna və Baltikyanı ölkələrinin dəstəyi” üçün nəzərdə tutulan 175 milyon dollar məbləğində maliyyələşmənin uzadılması əksini tapmayıb. 2016-cı ildə proqramın əsas hissəsi hərbi təlimlər olmalıdır. Həmin il Avropada müxtəlif hərbi təlimlərdə iştirak edəcək amerikalı hərbçilər üçün 470 milyon dollar nəzərdə tutulub. Bu, 2015-ci ildə ayrılan vəsaitdən 60 milyon çoxdur.

“Müttəfiqlərə zəmanətin gücləndirilməsi” (European Reassurance Initiative) proqramına 800 milyon dolların ayrılması planlaşdırılır. Bu, 2015-ci il üçün nəzərdə tutulandan 185 milyon dollar azdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm