Dünya
İraq ordusu İŞİD-in Ənbar əyalətindəki mövqelərinə hücuma keçib
İraq ordusu İŞİD qruplaşmasınınin Ənbar əyalətindəki
mövqelərinə doğru hücuma keçib. Bu barədə əyalətin polis idarəsinin
nümayəndəsi bildirib.
İraq Daxili İşlər Nazirliyinin zabiti ordunun Ənbar əyalətinin şərqində Əs-Səcariyə və Əl-Buqanim rayonlarına yiyələnmək məqsədi ilə hərbi əməliyyatlara başladığını deyib.
Mərkəzi komandanlıqdan verilən məlumata görə, İraq hökuməti
əyalətin inzibati mərkəzi olan Ər-Ramadi şəhərində komendant saatı
rejimi tətbiq edib. Bu rejim beynəlxalq koalisiya qüvvələrinin İŞİD
mövqelərinə hava zərbələrinin endirildiyi vaxtla üst-üstə
düşür.
Qeyd edək ki, Ənbar əyalətindəki əməliyyat İraq ordusunun indiyə
qədər ölkə ərazisinin üçdə birini nəzarəti altında saxlayan İŞİD
qruplaşmasına qarşı yeni kampaniyasıdır. İlk geniş miqyaslı hərbi
əməliyyat isə Səlah-əd-Din əyalətinin paytaxtı Tikrit şəhərində
aparılıb. Beynəlxalq koalisiyanın aviasiyasının dəstəklədiyi İraq
ordusu Tikriti yalnız bir ay davam edən ağır döyüşlərdən sonra geri
ala bilib .
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom