Dünya
Kiyevdə ölənlərin sayı sürətlə artır - FOTOLAR - YENİLƏNDİ
Bu gün Kiyevdə təhlükəsizlik gücləri ilə baş verən toqquşmalarda 60-dan çox nümayişçi öldürülüb.
Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu barədə Milli Müqavimət Qərargahının tibb xidmətinin rəhbəri, parlamentin “Azadlıq” fraksiyasının üzvü Svyatoslav Xanenko fraksiyanın mətbuat xidmətinə açıqlamasında bildirib.
“İlkin məlumatlara görə, Yanukoviçin rejiminin mühafizəçiləri bu gün saat 15:20-yə kimi 60-dan çox adam öldürüblər. Onlar adi döyüş və zirehdeşən patronlarlardan istifadə edir, birbaşa qarın, döş qəfəsi və boyun hissəsini nişan alırlar”, - fraksiyanın mətbuat xidmətinin məılumatında deyilir.
Rəsmi məlumatlarda isə dünən və bu gün 30-a qədər adamın öldüyü bildirilir. Qeyd olunur ki, onlardan 10-u milis və “Berkut” xüsusi təniyatlılarıdır.
Ömər Dağlı
15.11
Bu gün Kiyevdə baş verən toqquşmalarda 13 nümayişçi ölüb.Publika.Az –ın “RBK-Ukrayna”ya istinadən verdiyi məlumata görə, ölənlər təxminən 20 yaşlarındadır.
Şahidlərin sözlərinə görə, onlara atəş evlərdən birinin damından snayperlə açılıb.
Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti bugünkü açıqlamasında Maydanda olan hərbi qulluqçular və “Berkut” xüsusi təyinatlılara snayperlərdən atəş açıldığını bildirmişdi. “Hərbi qulluqçular və “Berkut” xüsusi təyanatlılar konservatoriyanın binasından odlu silahla vurulur”, - xəbərdə deyilirdi.
Ömər Dağlı
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ