Putin Yunanıstanı "Türk axını"na dəvət etdi
Bizi izləyin

Dünya

Putin Yunanıstanı "Türk axını"na dəvət etdi

Yunanıstanın "Türk axını" layihəsinə qoşulması Cənubi Avropa ölkələrini qitənin enerji mərkəzinə çevirə bilər.

Publika.az-ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Moskvada Yunanıstanın baş naziri Alexis Tsiprasla görüşündə bildirib. O deyib ki, Rusiya "Türk axını" layihəsinin Balkandan Yunanıstana və hətta İtaliyaya genişləndirilməsi də daxil olmaqla Yunanıstanla birgə layihələrdə iştiraka hazırdır.

Putin həmçinin qeyd edib ki, Tsipras səfər zamanı Rusiyadan maliyyə yardımı istəməyib, amma əmindir ki, Yunanıstan Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan ayrılan təxminən 265 milyard dollarlıq borcu bağlaya bilər.

Putin qeyd edib ki, Yunanıstanın Türk axını kimi Rusiya ilə birgə layihələrdə iştirakı Afinanın bu krediti ödəməsinə kömək edə bilər.

Tsipras isə ölkəsinin Türk axını layihəsinin genişləndirilməsinin mümkünlüyünü araşdırmaqda maraqlı olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm