İranda Həcc qadağası
Bizi izləyin

Dünya

İranda Həcc qadağası

İran Məclisinin 70-dən çox deputatı iranlı zəvvarların Səudiyyə Ərəbistanına Həcc ziyarətinə səfərlərinin dayandırılmasını nəzərdə tutan qərar layihəsi imzalayıb.

Modern.az xəbər verir ki, bu haqda parlamentin xarici siyasət və milli təhlükəsizlik komitəsinin mətbuat katibi Hüseyn Nəqavi Hüseyni məlumat verib.

Onun fikrincə, Ciddə hava limanının təhlükəsizlik xidmətinin iranlı zəvvarlara qarşı yönələn qəddar münasibətlərinə son vaxtlar tez-tez rast gəlinir.

Mətbuat katibinin sözlərinə görə, komitə hesab edir ki, Məclis bütün zəvvarların bu ölkəyə səfərlərini Səudiyyə Ərəbistanı hakimiyyəti onların təhlükəsizliyinə tam təminat verənə qədər dayandırmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm