Dünya
Daha bir rus kanalının yayımı dayandırıldı
Litva hökuməti Rusiyanın “RTR-Planeta” kanalının ölkə ərazisində yayımını dayandırıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya kanalının yayımı Ukrayna böhranı ilə əlaqədar Moskva lehinə təbliğatla məşğul olduğu üçün dayandırıldığı bildirilib.
Litva Radio və Televiziya Komissiyasından verilən açıqlamada qeyd olunub ki, “RTR-Planeta” kanalı Ukraynaya qarşı nifrət və təhrikedici proqramlara yer verib. Avropa Komissiyasının məlumatlandırma qanununu pozduğu iddia olunan kanalın yayımı 3 ay müddətinə dayandırılıb.
Məlumata görə, 12 mart tarixində efirə gedən “Bazar axşamı” proqramında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Ukrayna və xalqına qarşı düşmən münasibəti, həmçinin Ukraynanın ərazi bütövlüyünə qarşı açıqlaması yer alıb.
Litva Radio və Televiziya Komissiyasının başçısı Edmundas Vaitekunas “Proqramda xüsusilə Jirinovski danışdı. Ukraynalılar düşmən kimi göstərildi”,- deyib.
Ömər Dağlı
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər