
ABŞ Prezidenti Obama son vaxtlar ağladığını etiraf edib.
Axar.az xəbər verir ki, ABŞ Prezidenti Barak Obama bir hadisənin onu kədərləndirdiyini bildirib:
“Qızım Malia An yaxın gələcəkdə başqa ştatda universitet oxumağa gedəcək və yuvamızdan ayrılacaq. Bu yadıma düşəndə ağlayıram”.
Qeyd edək ki, Obamanın böyük qızı Malia Anın 16 yaşı var.