Putin 260 min məhbusu azad edir - VİDEO
Bizi izləyin

Dünya

Putin 260 min məhbusu azad edir - VİDEO

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə amnistiya haqqında qətnamə layihəsi təqdim edib.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin saytında məlumat yerləşdirilib. Məlumata görə, amnistiya azadlıqdan məhrum edilən 60 min və şərti cəza alan 200 min nəfərə şamil oluna bilər.

Sənədə əsasən ölkə qarşısında xidmətləri olan, kiçik və orta ağır cinayətlərdə iştiraka görə ilk dəfə cəza alan, xüsusi halda Çeçenistan Respublikası və Əfqanıstan müharibələrində döyüşən, Çernobıl Atom Elektrik Stansiyasında qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş şəxslər amnistiyaya düşəcək.

Bundan başqa, amnistiya həddi-buluğa çatmayanlara, qadınlara, həddi-buluğa çatmamış uşaqları olanlara, hamilələrə, I və II qrup əlillərə, 50 yaşdan yuxarı kişilərə və 55 yaşdan yuxarı olan qadınlara şamil ediləcək.

Rusiyada əvvəlki geniş amnistiya 2013-cü ilin dekabrında elan edilib. Konstitusiyanın 20 illiyi ilə verilən amnistiya çərçivəsində 24 mindən insan cinayət məsuliyyətindən azad edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm