Ebola virusunu 11 dəqiqədə aşkar etmək mümkün olacaq
Bizi izləyin

Dünya

Ebola virusunu 11 dəqiqədə aşkar etmək mümkün olacaq

Yaponiyanın Naqasaki universitetinin alimləri insanın qanında Ebola virusunun olub-olmadığını 11 dəqiqə ərzində müəyyən etməyin yolunu tapıblar.

Alimlər hesab edirlər ki, bu üsulla virusa yoluxmuş insanlara daha tez kömək göstərmək mümkün olacaq. Çünki bu günə qədər laboratoriya testləri virusu ən tezi 90 dəqiqə ərzində müəyyən edə bilirdi.

Qeyd edək ki, Qvineyanın hökumət nümayəndələri yapon alimlərinə və onların tərəfdaşı olan “Toshiba” şirkətinə Ebola virusunun daha tez aşkarlanması üçün mövcud laboratoriya testini təkmilləşdirməyi xahiş etmişdilər.

Xatırladaq ki, Ebola virusu Qərbi Afrikada 10 mindən çox insanın həyatına son qoyub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm