Eyfel qülləsinə giriş dayandırıldı
Bizi izləyin

Dünya

Eyfel qülləsinə giriş dayandırıldı

Parisdəki Eyfel qülləsinə turistlərin girişi dayandırılıb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, qadağa Eyfel qülləsində işləyən əməkdaşların böyük əksəriyyətinin tətilə çıxması barədə qərar verməsi ilə bağlıdır.

Qülləyə giriş yerli vaxtla saat 18:00-ə qədər bağlı olacaq, daha sonra qüllənin işi bərpa olunacaq. Eyfeldə çalışanlardan biri qeyd edib ki, qüllənin əməkdaşlarının 90 faizi hökumətin sərt büdcə siyasətinə qarşı etirazın əlaməti kimi tətilə çıxmaq barədə qərar veriblər.

Eyfel il ərzində təxminən 7 milyon ziyarətçi qəbul edir. Onların 90 faizi xarici turistlərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm