Taliban məhkəməyə hücum etdi: 5 ölü, 30 yaralı
Bizi izləyin

Dünya

Taliban məhkəməyə hücum etdi: 5 ölü, 30 yaralı

Əfqanistanın şimalında hərbi uniforma geymiş Taliban yaraqlıları avtomat silahlarla məhkəmə binasına hücum edib.

Publika.az-ın məlumatına görə, hadisə zamanı 5 nəfər həlak olub, 30 adam yaralanıb.

Əfqanistanın təhlükəsizlik qüvvələri hücumdan az sonra Balx vilayətinin paytaxtı Məzari-Şərif şəhərində yerləşən məhkəmə binasını mühasirəyə alıb. Yerli rəsmilər bildirib ki, tərəflər arasında atışma olub.

Şəhər xəstəxanasının baş həkimi xəstəxanaya 5 cəsəd gətirildiyini və 25 yaralının müalicə olunduğunu deyib. Bəzi xəbər agentlikləri 10 nəfərin öldüyünü bildirib.

Əfqanistan Daxili İşlər Nazirliyinin bəyanatında beş hücumçudan üçünün təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm