Sərkisyanın “profilaktika” taktikası və Ermənistan üçün əbədi problem
Bizi izləyin

Dünya

Sərkisyanın “profilaktika” taktikası və Ermənistan üçün əbədi problem

Rusiyanın “Vesti 24” telekanalına müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan bildirdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olmaqla düzgün qərar qəbul edib.

Publika.az xəbər verir ki, Ermənistan mediası ölkənin Avrasiya İqtisadi İttifaqına daxil olmaq barədə qərarı “tarixi səhv” adlandırıb.

“Hayastannews” saytının yazdığına görə, Ermənistanın iqtisadi vəziyyəti tədricən pisləşir, iqtisadi göstəricilər aşağı düşür və yerli istehsal ümumiyyətlə iflic vəziyyətdədir. Qeyd edilib ki, Ermənistan hazırda əsas ixrac bazarı olan Rusiyanı bazarını da itirib. Bundan başqa, Rusiyadan pul köçürmələrinin azalması erməni bazarında alıcı qabiliyyətini aşağı salıb.

Yazıda qeyd olunub ki, Ermənistanın hər gün pisləşməkdə olan iqtisadi vəziyyəti Avrasiya İqtisadi İttifaqına üzvlüklə yanaşı, problemlərin həlli imkanlarının məhdud olması ilə bağlıdır: ”Avrasiya İqtisadi İttifaqı Ermənistan üçün problemlər yaratdı və bundan sonra da yaradacaq. Məsələ ondan ibarətdir ki, ittifaq öz-özlüyündə imkanları məhdud olması baxımından Ermənistan üçün problemdir. Sadə nümunəyə baxaq. Rusiyada rublun düşməsi ilə erməni məhsulu bu ölkədəki bazarını itirməkdədir. Eyni zamanda, erməni sahibkarları danışırlar ki, onlar üçün başqa bazarları tapmaq çox çətindir. Çünki erməni məhsulları standartlara uyğun deyil. Avropanın 500 milyonluq bazarı yüksək alıcı qabiliyyətinə malikdir və bu bazar assosiativ saziş vasitəsilə əlçatan ola bilərdi. Erməni sahibkarlar deyirlər ki, bu bazarda yer tutmaq üçün onilliklər lazımdır. Əslində isə ermənilər üçün Avropa bazarına girmək və yeri tutmağa oniliklər deyil, əsrlər lazımdır. Və ya başqa sözlə, bu, Ermənistan üçün əbədi problemdir. Nə qədər ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının tərkibindədir, ölkə üçün problem qalacaq. İttifaq Ermənistan üçün əlavə bazar axtarışlarını çətinləşdirib. Qurum, sadəcə olaraq, Moskvanın siyasi problemi həll edərək Ermənistanı Rusiyanın təsiri zonasında saxladı. Ermənistan Rusiya iqtisadiyyatındakı böhrandan istifadə edərək Moskvanın təsirindən qurtula bilərdi. Avrasiya İqtisadi İttifaqı isə Ermənistan üçün bu yolu bağlayır. Bu məqamı Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin İrəvana səfərində də dilə gətirdi”.

Ermənistan cəmiyyətinə əvvəlcədən də bəlli idi ki, Avrasiya İqtisadi İttifaqı ölkəyə əlavə problemlər gətirəcək. Siyasi və iqtisadi baxımdan Moskvadan tamamilə asılı olan Ermənistan Rusiyada baş verən ən kiçik dəyişikliyi belə hiss edir.

Amma Avrasiya İqtisadi İttifaqı birbaşa olaraq Serj Sərkisyan rejiminə yaradı. Son aylara Ermənistanın hakimiyyətinin addımlarında güc komponenti əvvəlki dövrlərdən daha bariz şəkildə özünü göstərməyə başlayıb. Son illər İrəvanın güc alətini adətən müxalifətin kütləvi aksiyaları öncəsi və yaxud da seçkilər ərəfəsində tətbiq edirdi. Amma son aylar bu komponent “profilaktika” xarakteri alıb. Məsələn, “Təsisedici parlament” təşkilatının koordinatoru, müharibə veteranı Jirayr Sefilyan, həmçinin hərəkatın nümayəndələri Varujan Avetisyan, Pavel Sefilyan (Jirayr Sefilyanın qardaşı), Karo Yeqnukyan və Pavel Manukyanın həbsi, “Çiçəklənən Ermənistan” Partiyasının sədri, oliqarx Qaqik Sarukyan və onun tərəfdarlarına qarşı təhdidlər bu qəbildəndir.

“Bütovlükdə, hakimiyyətin bu taktikası onu deməyə əsas verir ki, hər hansı kiçik müqavimət güc maşını ilə sındırılacaq. Serj Sarkisyan anlayır ki, hazırda onun qarşısında artıq yaşamağa qadir güc yoxdur. Sarkisyan sadəcə ən kiçik baş ağrısının belə onu əsəbiləşdirəcəyini rəqibləri və xalqına çatdırmaq istəyir. Nəzərə almaq lazımdır ki, Serj Sarkisyan “profilaktika” taktikasına Avrasiya İqtisadi İttifaqına üzvlükdən sonra keçdi. Yəni, Ermənistan hakimiyyətinin kobud taktikası onunla bağlıdır ki, Sarkisyan Avrasiya İqtisadi İttifaqının himayəsi altında hakimiyyəti təmin edib”, -“Hayastannews” yazıb.

Yazıda qeyd olunub ki, Sarkisyan rejiminin güclənməsi Ermənistanın ictimai-iqtisadi və siyasi itkiləri hesabına baş verib: “Amma hakimiyyət problemi ilə müqayisədə Sarkisyanı bu itkilər az maraqlandırır. Sarkisyan həm iqtisadi, həm də siyasi sahədə Ermənistanın itkilər verdiyini hiss edirdi, amma faktiki olaraq susur və müqavimət göstərmirdi”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm