O boyda şəhərdə ayı balasına yer tapılmır – FOTOLAR
Bizi izləyin

Dünya

O boyda şəhərdə ayı balasına yer tapılmır – FOTOLAR

Rusiyanın Perm şəhərindəki varlı ailələrdən birinə azyaşlı uşağın doğum günü münasibətilə ayı balası hədiyyə ediblər.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ayı balası bir həftədən çoxdur həmin evdə yaşayır. Lakin ailə üzvləri bu günlərdə internetdə ayıların bəzən insanlara hücum etmələrini əks etdirən vidoegörüntülər izlədikdən sonra heyvanı evdən uzaqlaşdırmaq qərarına gəliblər. İndi ailənin heç bir üzvü ayının bu evdə qalmasını istəmir. Onlar bu təhlükəli hədiyyəni harasa yerləşdirmək qərarına gəliblər. Bununla bağlı şəhərdəki heyvanlar evinin rəhbərliyi də məlumatlandırılıb. Ancaq ayı balasına sahib çıxmaq istəyən yoxdur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm