İŞİD əks-hücuma keçdi
Bizi izləyin

Dünya

İŞİD əks-hücuma keçdi

İraq ordusu və şiə milislərinin genişmiqyaslı əməliyyatlarına baxmayaraq, İŞİD terror təşkilatı Anbar vilayətində irəliləyir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İŞİD Anbar vilayətinin inzibati mərkəzi olan Ramadi şəhərinin şimalında bəzi bölgələri ələ keçirib.

Döyüşlərdə 43 İraq əsgərinin öldüyü bildirilir. Ramadinin şimalındakı Buferrac yaşayış məntəqəsi və Operativ Müdaxilə Güclərinin Komandirliyi İŞİD-in əlinə keçib. İraq təhlükəsizlik mənbələrindən verilən məlumata görə, İŞİD Ramadi şəhərinə bir sıra istiqamətlərdən hücuma keçib.

Mənbə qeyd edib ki, Ramadinin bir çox bölgəsində təhlükəsizlik gücləri ilə İŞİD arasında şiddətli döyüşlər gedir. Şəhərin səlahiyyətliləri Bağdaddan təcili dəstək istəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm