ABŞ polisi şübhəlini belə döydü – VİDEO
Bizi izləyin

Dünya

ABŞ polisi şübhəlini belə döydü – VİDEO

Amerika Birləşmiş Ştatlarında polisin insanlara qarşı vəhşi davranışını sübut edən daha bir görüntü yayılıb.

Publika.az xəbər verir ki, Kaliforniya ştatının “San Bernardiono County” şəhərində polisin bir insana qarşı vəhşiliyi helikopter kamerası tərəfindən qeydə alınıb.

Aprelin 9-da polis oğurluq faktı ilə bağlı şübhəli hesab olunan Françis Pusokun evinə yollanıb. Pusok polisi görən kimi ata minərək qaçmağa başlayır. Lakin az keçmədən polis onu tutur. “KNBC-TV”-nin helikopteri tərəfindən polisin tutduğu Pusoku dəhşətli şəkildə döydüyü videogörüntüyə alınıb.

9 polis əməkdaşı Pusokun başını və qarnını təpikləyir, dəqiqlərlə onu döyür.

Faktla bağlı araşdırma başlayıb. Pusok isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, iki gün öncə ABŞ-da polis bir qaradərilini güllələyərək öldürmüşdü.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm