İrqçilik fransızların gündəlik həyat tərzinə çevrilib
Bizi izləyin

Dünya

İrqçilik fransızların gündəlik həyat tərzinə çevrilib

Fransada islamofobiya və irqçilik hər keçən gün daha da şiddətlənir.

Publika.az xəbər verir ki, bu dəfə Fransanın “Beynəlxalq Cəbhə” partiyasının lideri Jean Marie Le Pen antisemit və irqçi çıxışlar edib.

Qatı sağçı partiyanın lideri nasistlərin “qaz otaqları”ndan istifadəni II Dünya Müharibəsinin kiçik detalı adlandırıb. O, Hitlerlə müttəfiqlik edən fransız marşal Filippe Petaini dəstəklədiyini qeyd edib.

Qeyd edək ki, sözügedən partiyanın sədri, Jean Marie Le Penin qızı Marine Le Pen müsəlmanları nasistlərə bənzədib. O, II Dünya müharibəsində olduğu kimi Fransanın yenə də işğal altında yaşadığını iddia edib. Le Pen tez-tez irqçi və islamofob çıxışları ilə yadda qalıb.

Ən maraqlısı isə odur ki, müsəlmanlara qarşı ayrı-seçkilik edən Le Pen nasistləri dəstəklədiyi üçün atasını partiyadan uzaqlaşdırmaq istəyir. O, öz atasını partiyanın intizam komissiyasına şikayət edib.

Son zamanlar Fransa irqçi siyasəti ilə tez-tez gündəmə gəlir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm