ABŞ-da Fəthullah Gülənə sülh mükafatı verildi
Bizi izləyin

Dünya

ABŞ-da Fəthullah Gülənə sülh mükafatı verildi

Dünyanın ən əhəmiyyətli sülh mükafatlarından olan "Qandi King İkeda Sülh Mükafatı" bu il Gülən Hərəkatının lideri Fəthullah Gülənə verilib.

Axar.az xəbər verir ki, ənənəvi sülh mükafatı mərasimi ABŞ-ın Atlanta şəhərində yüzlərlə alim və mötəbər qonağın iştirakı ilə Morehous universitetinin Martin Lüter Kinq Mərkəzində reallaşıb.

Mərasimdə danışan mərkəzin direktoru Lourens Karter mükafatın ilk dəfə müsəlman dini liderinə verildiyini deyib:

“Bu gün bu mükafatı ənənəvi islam təlimini dünyaya yayan və 11 sentyabr 2001-ci ildə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə terror hücumundan dərhal sonra “Vaşinqton Post” qəzetinə verdiyi müsahibə ilə dünyanı sülhə səsləyən Fəthullah Gülənə verməkdən qürur duyuruq”.

Daha sonra mərasimdə Gülənin adından iştirak edən Alp Aslandoğan Fəthullah Gülənin tədbir iştirakçılarına göndərdiyi məktubunu oxuyub:

“Morehous Universitetinin Martin Lüter Kinq Mərkəzi tərəfindən verilən mükafata layiq saymasam da, 2015-ci il Qandi Kinq İkeda Sülh mükafatının mənə verildiyini öyrəndim. Bu mükafatı şəxsim adına deyil, yalnız həyatını qarşılıq gözləmədən insanlığa xidmətə həsr etmiş ictimai fərdlər adına qəbul edirəm”.

Xatırladaq ki, Gülənin layiq görüldüyü bu mükafata daha öncə SSRİ-nin ilk Prezidenti Mixail Qorbaçov, Cənubi Afrika lideri Nelson Mandela və başqa tarixi şəxsiyyətlər layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm