İŞİD-in daha bir vəhşiliyi: qadın və uşaqlar da daxil olmaqla 35 nəfər edam edildi
Bizi izləyin

Dünya

İŞİD-in daha bir vəhşiliyi: qadın və uşaqlar da daxil olmaqla 35 nəfər edam edildi

İraqın şimalındakı Ənbar əyalətində İŞİD terror təşkilatı 35 nəfəri edam edib. Musavat.com xəbər verir ki, bu barədə EFE agentliyi xəbər yayıb.

Mənbənin bildirdiyinə görə, öldürülənlər arasında qadınlar və uşaqlar da var. Belə ki, edam olunanların 18-i polis işçisi, 17 nəfər isə onların ailə üzvləri olub.

Xatırladaq ki, az öncə terrorçular “cihadçıları” müalicə eləməkdən imtina elədikləri üçün 10 həkimi güllələmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm