"Yumurta ağacı" dünyanı heyrətləndirdi - FOTO
Bizi izləyin

Dünya

"Yumurta ağacı" dünyanı heyrətləndirdi - FOTO

Uzun illərdi Almaniyada ağacdan bəzədilmiş yumurta asmaq ənənəsi mövcuddur.

Zaalfeld şəhərində yaşayan təqaüdçü Volker Kraftın ailəsi bəzədikləri yumurtalarla dünyanı heyran qoyub. 1965-ci ildən bəri bu ailə həyətlərindəki alma ağacını 10 min Pasxa yumurtası ilə bəzəyib. V. Kraft ailəsi ilk dəfə bu ağaca 18 yumurta asıb və onların sayını ilbəil artırıb.

Hər il bu gözəlliyə baxmaq üçün həm xaricdən, həm də Almaniyanın müxtəlif şəhərlərindən bura çoxlu sayda turistlər toplaşır. Alman ailəsi ağacdan plastik yumurta ilə yanaşı, təzə yumurta da asır. Plastik yumurtaları yığıb saxlayan ailə təzələrini ziyarətə gələnlərə paylayır.

Yaşı 80-nə çatan ev sahibi səhhətində yaranan problemlərə görə, bu il sonuncu dəfə ağac bəzədiyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm