Hillari ABŞ-ın ilk qadın prezidenti ola bilər
Bizi izləyin

Dünya

Hillari ABŞ-ın ilk qadın prezidenti ola bilər

Keçmiş dövlət katibi Hillari Klintonun aprelin 12-də 2016-cı il prezident seçkisində iştirak edəcəyini açıqlayacağı gözlənir.

Publika.az xəbər verir ki, sabiq dövlət katibi bu barədə videomüraciətində bildirəcək. Videomüraciət sosial şəbəkələrdə yayımlanacaq.

2008-ci ildə Hillari Klinton Demokrat Partiyasından prezidentliyə namizəd seçimində Barack Obamanın əsas rəqibi idi. Hazırda partiyada onun əsas namizəd kimi reytinqi yüksəkdir.

Floridanın keçmiş qubernatoru və Buş ailəsinin kiçik oğlu Ceb Buş da 2016-cı il seçkilərinə qatılmaq niyyətindədir. O, ölkənin 41-ci prezidenti Corc Buşun oğlu, 43-cü prezidenti Kiçik Corc Buşun qardaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm