Müsəlman qardaşlarının lideri ölümə məhkum edildi
Bizi izləyin

Dünya

Müsəlman qardaşlarının lideri ölümə məhkum edildi

Misir məhkəməsi Müsəlman qardaşları hərəkatının 13 tərəfdarına ölüm hökmü çıxarıb.

Pubika.az-ın məlumatına görə, onların arasında qrupun dini rəhbəri Məhəmməd Badi də var. Hərəkatın daha 37 fəalına isə ömürlük həbs cəzası kəsilib.

Ötən il cənab Badi əyalət məhkəməsinin hökmü ilə ömürlük həbs cəzasına məhkum olunmuşdur.

Müsəlman qardaşlarının Misirdə fəaliyyəti qadağan edilib. 2013-cü ildə prezident Məhəmməd Morsinin hakimiyyətdən kənarlaşdırılması ardınca onun rəhbərlik etdiyi hərəkatın yüzlərlə üzvünə ölüm cəzası kəsilib.

Hərçənd ki, indiyədək bu hökmlərdən yalnız biri icra olunub.

İnsan haqları müdafiəçiləri hökmlərin siyasi motivli olduğunu bildirirlər. Ədliyyənin müstəqilliyini vurğulayan hökumət bu ittihamları rədd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm