Yəmənin Ataq şəhəri koalisiyanın əlinə keçdi
Bizi izləyin

Dünya

Yəmənin Ataq şəhəri koalisiyanın əlinə keçdi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumları artıq ardıcıl 17 gündür Yəməndəki şiə husi yaraqlıları hədəf alıb.

Publika.az-ın məlumatına görə, ötən gecə münaqişəyə səhnə olan Ədən şəhərində həyata keçirilən hava hücumları nəticəsində 22 nəfər həlak olub.

Bununla yanaşı, qəbilə üzvləri və koalisiyaya məxsus olduğu ehtimal edilən döyüş gəmiləri Husilərin və sabiq prezident Əli Abdulla Saleh sadiq döyüşçülərin məskunlaşdığı Ataq şəhərini ələ keçirib.

Qırmızı Xaç Cəmiyyətinin təyyarələri bu gün Səna şəhərində tibbi yardım çatdırmağa müvəffəq olub. Artıq ikinci gündür paytaxta yardım çatdırmaq mümkün olur. YUNİSEF və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin daha çox yardım aparacağı planlaşdırılıb.

Dünən isə Ərəb koalisiyası hava hücumları şiə Hutilərin paytaxt Sənadakı cəbhəxanasını hədəf almışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm