Dünya
NATO təlimlərə başladı
Britaniya hərbiyyəsi şənbə günü ildə iki dəfə keçirilən ənənəvi “Joint Warrior” hərbi təlim oyunlarına başlayıb. Bu manevrdə NATO üzvü olan başqa ölkələr də iştirak edirlər.
Publika.az-ın məlumatına görə, manevrlər iki həftə, aprelin 24-dək davam edəcək.
Təlimdə 15 ölkədən 55 gəmi, 70 təyyarə, 13 min matros, əsgər və təyyarəçi iştirak edir. Şotlandiya sahillərində keçirilən bu manevrlərdə sualtı qayıqlara qarşı döyüş əməliyyatları məşq edilir.
“The Daily Telegraph” yazır ki, bu manevrlər plan üzrə keçirilsə də, bu dəfə onlara yaranmış geosiyasi vəziyyətlə bağlı xüsusi önəm verilir.
Qəzet yazır ki, bir həftə bundan əvvəl Britaniya balıqçı traulerlərindən birinin toru ehtimalən hansısa sualtı qayığa ilişib. Bəzi şaiyələrə görə bu, kiçik ölçülü kəşfiyyat sualtı qayığı ola bilərdi.
Lakin NATO bildirib ki, sözün Rusiya qayığından getdiyini təsdiq edə bilməz.
Əvəzində Pentaqonun verdiyi məlumata görə aprelin 7-də Baltik dənizi üzərində Rusiyanın SU-27 qırıcısı Amerikanın RC-135U təyyarəsinə təhlükəli bir tərzdə yaxınlaşıb. ABŞ hökuməti Rusiya təyyarəsinin hərəkətini “qeyri-peşəkar” adlandırıb.
Rusiya tərəfi isə iddia edir ki, sözügedən Amerika təyyarəsi kəşfiyyatçı olub və Rusiyanın hava sərhədinə yaxınlaşmaqda imiş, habelə siqnal transponderləri söndürülübmüş və çağırışlara cavab vermirmiş.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!