Hindistan Fransadan istədiyini alacaq
Bizi izləyin

Dünya

Hindistan Fransadan istədiyini alacaq

Fransada rəsmi səfərdə olan Hindistanın baş naziri Narendra Modi aprelin 10-da prezident Fransua Olland tərəfindən Yelisey sarayında qəbul edilib.

Publika.az AZƏRTACa istinadən xəbər verir ki, görüşdə ilk ölkə arasında münasibətlər və əməkdaşlıq məsələləri ilə yanaşı, Fransanın Hindistana 36 ədəd “Rafale” döyüş təyyərələrini satması ətrafında müzakirələr aparılıb.

Son illər iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyi vurğulanan görüşdə “Rafale” təyyarələrinin alınması barədə razılıq əldə olunub.

Bir ay müddətində təyyarələrin alınması ilə bağlı müqavilələrin imzalanması məqsədəuyğun hesab edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm