Fransada növbəti antisemitizm aktı
Bizi izləyin

Dünya

Fransada növbəti antisemitizm aktı

Fransanın Alzas regionunun Nanşi şəhəri yaxınlığında yerləşən Vandövr müsəlman məscidi aprelin 11-dən 12-nə keçən gecə antisemitizm aktlarına məruz qalıb.

Publika.az xəbər verir ki, naməlum şəxslər məscidin divarlarına qırmızı rənglə alman faşistlərinin xaç şəkillərini, ölkədə etnik qruplara, xüsusilə müsəlmanlara qarşı millətçilik əhval-ruhiyyəsi nümayiş etdirən Milli Cəbhə Partiyasının baş hərfləri “FN” və “Ərəblərə ölüm!“ kimi sözlər yazıblar.

Hadisəyə münasibət bildirən məscidin imamı yanvar ayında “Charlie Hebdo“ satirik jurnalına və Parisin Vənsen qapısı ərazisindəki yəhudi iş adamına məxsus mağazaya qarşı törədilən terror aktlarından sonra ölkədə rasizm və antisemitizm aktlarının artdığını diqqətə çatdırıb.

İmam müxtəlif xalqların nümayəndələrinin birgə yaşayışını təhdid edən bu cür hərəkətləri qətiyyətlə pisləyib və onların yolverilməz aktlar olduğunu bildirib.

Azərtac

Oxumağa davam et
Reklam
Reklam

Gündəm