Dünya
SOS: Rusiya hər şeyi 4 saata həll edəcək
Estoniya prezidenti Tomas Hendrik İlves NATO-dan ölkəsində daha çox hərbi qüvvə yerləşdirməni xahiş edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, prezident Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində Rusiyanın təcavüzünün mümkünlüyü fonunda Estoniyada NATO-nun daimi kontingentinin yerləşdirilməli olduğunu deyib.
Hazırda Estoniyada ABŞ ordusunun 3-cü piyada diviziyasının 7-ci alayının tank vzvodu və 173-cü hava-desant briqadasının tərkibindəki iki desant vzvodu yerləşir. Müvəqqəti yerləşdirilən tank vzvodun tərkibində cəmi 4 ədəd “M1A2 Abrams” tankı, desant vzvodlarının tərkibində isə 150 hərbi qulluqçu var. İlvesin sözlərinə görə, NATO təhlükəsizlik sahəsində vəziyyətin 1997-ci illə müqayisədə xeyli dəyişdiyini anlamalıdır. O, qeyd edib ki, NATO Baltikyanı ölkələrə heç olmasa bir briqadanı göndərməlidir.
Estoniya prezidenti əmindir ki, əgər Rusiya qəflətən hücum edərsə, “hər şey dörd saat ərzində həll ediləcək”.
Ömər Dağlı
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO