İranın dövlət televiziyasına hücum olub
Bizi izləyin

Dünya

İranın dövlət televiziyasına hücum olub

İranın dövlət televiziyası “Əl Aləm”in sosial media hesabları hakkerlər tərəfindən ələ keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ərəb dilində yayımlanan “Əl Aləm”in internet saytından verilən şərhdə kanalın “Twitter” və “Youtube” hesablarının Səudiyyə Ərəbistanı ilə bağlı olan hakkerlər tərəfindən ələ keçirildiyi bildirilib.

Məlumata görə, ələ keçirilən həmin hesablardan əsası olmayan xəbərlər paylaşılıb. Belə ki, səhər saatlarında “Əl Aləm”in “Youtube” hesabından Səudiyyə Ərəbistanının kralını tərifləyən bir video paylaşılıb, kanalın “Twitter” hesabında isə Husilərin lideri Əbdülməlik Husinin öldürüldüyünə dair bir “twit” yazılıb.

Şərhdə qeyd olunub ki, hazırda həmin hesabların geri alınması ilə işlər görülür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm